Çində boyalı kişilərin televiziyada nümayişi qadağan edildi

17-01-2022, 10:55           
Çində boyalı kişilərin televiziyada nümayişi qadağan edildi
Çin hakimiyyəti makiyajın ənənəvi kişi imicinə sığmadığını bəyan edərək, televiziyada boyalı kişilərin göstərilməsini qadağan edib.

Bundan əlavə, ÇXR hakimiyyəti telekanallara ölkə xalqının mənəvi dəyərlərinə uyğun gözəllik standartları təyin etməyi tapşırıb.

Həmçinin, Çin televiziyasında hərəkətləri “ictimai qaydaya və əxlaqa” zidd olan şəxslərin nümayişi qadağan olunub.

Hökumətin tapşırığına əsasən, telekanallarda əyləncəli proqramlar əvəzinə sosialist və ənənəvi Çin mədəniyyəti ön plana çəkilməli, dəbdəbə nümayiş etdirilməməlidir.

Mənbə: 360tv.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru