Alman virusoloq tezliklə COVID-19 üzərində qələbənin qazanılacağını elan edib

17-01-2022, 09:35           
Alman virusoloq tezliklə COVID-19 üzərində qələbənin qazanılacağını elan edib
Almaniyanın paytaxtı Berlinin Charite Universiteti Xəstəxanasının Virusologiya şöbəsinin müdiri Kristian Drosten bildirib ki, COVID-19 2022-ci ildə Almaniyada endemik hala gələcək.

“Report”un məlumatına görə, bu barədə o, “Tagesspiegel am Sonntag”a açıqlamasında deyib.

O, belə bir nəticə əldə etmək şansının SARS-CoV-2-yə qarşı kütləvi peyvəndlə bağlı yarandığını qeyd edib və onu başa çatdırmağa çağırıb.

Kristian Drostenin sözlərinə görə, gec-tez hamı koronavirusa yoluxur. Bundan əvvəl mümkün qədər çox insan peyvənd edilməlidir.

Drosten əlavə edib ki, Almaniya hakimiyyəti pandemiyanın başa çatdığını elan etsə belə, məhdudiyyətlər gələn qışa qayıda bilər.

"Yəqin ki, yenidən qapalı yerlərdə maskalar taxmalı olacağıq, çünki toxunulmazlıq yenidən bir az azalacaq və həssas əhalini yenidən qorumaq lazımdır", - o deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.