Meksikada sindikat lideri 60 il müddətinə azadlıqdan məhrum edilib

17-01-2022, 10:07           
Meksikada sindikat lideri 60 il müddətinə azadlıqdan məhrum edilib
Meksikada iri sindikatın lideri 60 il müddətinə azadlıqdan məhrum edilib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Quanaxuato ştatının Baş Prokurorluğunun tviter səhifəsində məlumat yayılıb.

"Santa Rosa de Lima" kartelinin lideri Xose Antonio Yepes Ortiz adam oğurluğuna görə həbsdə olacaq.

"El-Marro" kimi tanınan Xose Antonio Yepes 3 avqust 2020-ci ildə həbs edilib.

O, Prezident Andres Manuel Lopez Obrador dövründə həbs edilmiş ən böyük narkotik kartelinin üzvü hesab edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru