İrana qırıcılarla hücum edildi – Sensasion iddia

17-01-2022, 19:54           
İrana qırıcılarla hücum edildi –
Naməlum qırıcılar İran səmasına daxil olub, bir neçə tunel və raket platformasını dağıdıb. Teref.az axar.az-a istinadən xəbər verir ki, bu haqda İranın “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Hadisə yanvarın 16-da səhər saatlarında baş verib. Verilən məlumatda gizli şəkildə İran səmasına daxil olan qırıcıların Babacani bölgəsində SEPAH-a məxsus tunelləri, eləcə də Kirmanşah və Həmədan vilayətlərində bir neçə raket buraxılış platformasını məhv etdikdən sonra ölkə sərhədlərindən çıxdığı bildirilib.

İranın hava hücumundan müdafiə sistemləri işə düşsə də, heç bir hədəfi vura bilməyib. Hadisə nəticəsində ölkənin qərbində bir neçə saat sərnişin uçuşlarının da təxirə salındığı qeyd olunub.

Məsələ ilə bağlı SEPAH-ın komandanlığından heç bir açıqlama verilməyib. SEPAH-a bağlı bəzi xəbər kanallarında isə dağıdılan platforma və tunellərin hərbi təlimlər zamanı şərti hədəf olduğu vurğulanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru