Rusiya dollar almaqdan imtina etdi

25-01-2022, 17:23           
Rusiya dollar almaqdan imtina etdi
Rusiya Mərkəzi Bankı Rusiya rublunun ucuzlaşması ilə əlaqədar daxili bazarda xarici valyuta alışını dayandırdığını açıqlayıb.

“Paralel.az ” xəbər verir ki, Rusiya Mərkəzi Bankından edilən yazılı şərhdə Rusiya bazarları və rublun ucuzlaşması ilə bağlı qiymətləndirmələrə yer verilib.

Rusiya Mərkəzi Bankı maliyyə sabitliyinə təhdidləri aradan qaldırmaq üçün müvafiq qərar qəbul edib.

Bankın müvafiq büdcə qaydalarına görə xarici valyuta alışını dayandırmaq qərarına gəldiyinə dair məlumatların yer aldığı açıqlamada deyilir: “Rusiya Mərkəzi Bankı yanvarın 24-ü saat 15.00-dan etibarən daxili bazarda xarici valyuta alışını dayandırmağa qərar verib. Xarici valyuta alışına davam etmə qərarı maliyyə bazarlarındakı vəziyyət nəzərə alınaraq veriləcək”.

Açıqlamada bildirilib ki, sözügedən qərar maliyyə bazarlarındakı volatilliyi azaltmaq məqsədilə verilib.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankının qərarından əvvəl Rus rublunun dollara nisbətdə ucuzlaşması 1,6 faizə çatıb və dollar/rubl pariteti 79 səviyyəsinə yüksəlib. Qərardan sonra dollar/rubl pariteti 78,4-ə qədər geriləyib.

Moskva birjasının indeksi 5,57 faiz azalaraq 3247 bənd olduğu halda, RTS indeksi 7 faizdən çox azalaraq 1303 bənd olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.