Zelenski Consonla müzakirələr apardı - Rusiyaya qarşı birgə tədbirlər...
19-02-2022, 18:25
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Boris Consonla görüşüb.
Bizim.Media xəbər verir ki, V.Zelenski bu barədə "Twitter" hesabında paylaşım edib.
"Münhendə Boris Conson ilə görüşdüm. Rusiya Federasiyasının təcavüzkar hərəkətləri fonunda təhlükəsizlik haqqında danışdıq. Biz gələcək ümumi addımlar barədə razılığa gəldik. Diplomatiya yolu ilə gərginliyin azaldılması istiqamətində birliyimizi davam etdiririk. Təhlükəsizlik və sülh naminə verdiyi dəstəyə və əməkdaşlığa görə Böyük Britaniyaya minnətdaram", - V.Zelenski qeyd edib.