“Qırmızı xəbərdarlıq” edilən Britaniyadan fırtına görüntüləri - VİDEO

20-02-2022, 11:40           
“Qırmızı xəbərdarlıq” edilən Britaniyadan fırtına görüntüləri - VİDEO
Böyük Britaniyada İngiltərə və Uelsi bürüyən şiddətli “Eunice” fırtınası gündəlik həyata mənfi təsir edib.

Səlahiyyətlilər fırtına ilə bağlı “qırmızı xəbərdarlıq” edib və insanları fövqəladə hallar istisna olmaqla, evdə qalmağa çağırıb.

Londonda vətəndaşlar fırtına səbəbiylə yolda getməkdə çətinlik çəkib, bəzi şəhərlərdə ağaclar yol kənarına aşıb, azı 2 nəfər yaralanıb.

London və Uelsdə fırtına səbəbindən qatarların hərəkəti dayandırılıb.

Aviasiya sahəsində araşdırmalar aparan “Cirium” şirkəti fırtına səbəbiylə ən az 436 uçuşun ləğv edildiyini açıqlayıb.

Səlahiyyətlilər vətəndaşlara xəbərdarlıq edib ki, səyahət planlarını ləğv etsinlər.


Mənbə: TRT Haber












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru