Putin və Bayden Makronun sammitlə bağlı təklifini qəbul ediblər - Yelisey sarayı

21-02-2022, 10:39           
Putin və Bayden Makronun sammitlə bağlı təklifini qəbul ediblər - Yelisey sarayı
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Cozef BaydenFransa Prezidenti Emmanuel Makronun Avropada təhlükəsizlik vəstrateji sabitliyə dair sammitin keçirilməsi təklifini qəbulediblər.

Trend-in məlumatına görə, bu barədə Yelisey sarayındanbildiriblər.

Məlumata əsasən, E.Makron Avropada təhlükəsizlik və stratejisabitliyi müzakirə etmək üçün C.Bayden və V.Putin arasında, sonraisə müvafiq maraqlı tərəflərlə sammit keçirməyi təklif edib. ABŞ vəRusiya liderləri Fransa Prezidentinin təklifini qəbul ediblər.

Sammitdə müzakirə ediləcək məsələləri Rusiya xarici işlər naziriSergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken fevralın 24-dəkeçiriləcək görüşlərində hazırlayacaqlar.

Xatırladaq ki, daha əvvəl E.Makron iki dəfə Rusiya PrezidentiVladimir Putinlə, bir dəfə Ukrayna Prezidenti Volodimir Zelenski,ABŞ Prezidenti Cozef Bayden, Almaniya kansleri Olaf Şolts və BöyükBritaniyanın baş naziri Boris Conson ilə telefon danışıqlarıaparıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru