Putinlə Narışkinin mübahisəli dialoqu - VİDEO

22-02-2022, 08:02           
Putinlə Narışkinin mübahisəli dialoqu - VİDEO
Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı qondarma Donetsk və Luqansk "Xalq Respublikaları"nın ("DXR" və "LXR") Rusiyanın tərkibində tanınması qərarını dəstəklədiyini bildirib.

“Qafqazinfo” "kommersant.ru"ya istinadla xəbər verir ki, onun bu sözlərindən sonra Rusiya Prezidenti Vladimir Putin iclasda müstəqilliyin tanınması məsələsinin müzakirə olunduğunu deyib. Narışkin bunun ardınca qondarma respublikaların suverenliyinin tanınmasının tərəfdarı olduğunu bildirib.

Putinlə Narışkinin dialoqu belə olub:

Narışkin: Qərb tərəfdaşlarına son şans verilə bilər ki, onlara Kiyevi sülhə və Minsk razılaşmalarına əməl etməyə məcbur etsinlər. Əks halda biz bu gün müzakirə olunan qərarı verməliyik.

Putin: “Əks halda” nə deməkdir? Siz danışıqlar prosesinə başlamağı və ya onların suverenliyinin tanınmasını təklif edirsiniz?

Narışkin: Mən...

Putin: Aydın danışın.

Narışkin: Mən tanınma təklifini dəstəkləyəcəyəm...

Putin: Dəstəkləyəcəksiniz, yoxsa dəstəkləyirsiniz? Aydın danışın!

Narışkin: Donetsk və Luqansk "Xalq Respublikaları"nın Rusiya Federasiyasına birləşdirilməsi təklifini dəstəkləyirəm...

Putin: Biz bundan danışmırıq, bunu müzakirə etmirik, onların müstəqilliyini tanıyıb-tanımamaqdan danışırıq.

Narışkin: Müstəqilliyin tanınması təklifini dəstəkləyirəm.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru