"Donbasdakı rus hərbçilər sülhməramlı deyil" - BMT BAŞ KATİBİ

23-02-2022, 11:36           
"Donbasdakı rus hərbçilər sülhməramlı deyil" - BMT BAŞ KATİBİ
BMT Ukraynanın Donbas ərazisindəki rus hərbçilərini sülhməramlı hesab etmir.

Qafqaz.media xəbər verir ki, bu barədə çərşənbə axşamı xarici səfərlərini azaldan BMT Baş katibi Antoniu Quterreş bildirib.

Antoniu Quterreş hesab edir ki, Donbasdakı əlavə Rusiya hərbi qüvvələri yalnız gərginliyi artıracaq.

BMT rəhbəri daha əvvəl vurğulayıb ki, Ukrayna ilə bağlı son hadisələr, o cümlədən atəşkəs rejiminin pozulması ilə bağlı xəbərlər onu dərindən narahat edir. Rusiya Federasiyasının Donetsk və Luqansk vilayətlərinin bəzi ərazilərinin qondarma müstəqilliyini tanıması Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin pozulmasıdır.

Xatırladaq ki, 2022-ci il fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yardımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru