Ukrayna nüvə silahı hazırlayır? - Danilov

23-02-2022, 16:52           
Ukrayna nüvə silahı hazırlayır? - Danilov
Ukraynanın nüvə silahı istehsal etməsilə bağlı məndə məlumat yoxdur.

Axar.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

“Prezident Vladimir Zelenski nüvə silahının hazırlanmasından danışmayıb. Prezident diqqəti Budapeşt Memorandumunu imzalayanların təhlükəsizliyimizlə bağlı şərtləri yerinə yetirmələrinə yönəldib. Biz bütün nüvə silahlarını, nüvə potensialımızı təhvil verdiyimizə görə, bəyannaməni imzalayanlar müstəqilliyimizi təmin etmək səlahiyyətini öz üzərinə götürdülər. Nüvə silahı hazırlayacağımızı heç yerdə görməmişəm və eşitməmişəm”, - Danilov bildirib.

Qeyd edək ki, Kiyev 1994-cü il Budapeşt memorandumunu imzalayaraq, nüvə silahından imtina etmişdi. Bunun əvəzində ABŞ, Rusiya və Böyük Britaniya Ukraynaın ərazi bütövlüyü, müstəqilliyi və təhlükəsizliyinə təminat öhdəliyi götürmüşdü.

Zelenski Ukraynanın təhlükəsizliyinə qarant verənlərdən biri olan Rusiyanın Krım və Donbası işğal etməsi səbəbindən bu anlaşmadan çıxa biləcəklərini və nüvə silahı yaratmaq istiqamətində çalışmaya başlayacaqlarını istisna etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru