Qroysman Ukraynanın baş naziri olmağa razılıq verdi

13-04-2016, 16:41           
Qroysman Ukraynanın baş naziri olmağa razılıq verdi
Ukrayna Ali Radasının spikeri Vladimir Qroysman ölkənin Nazirlər Kabinetinə başçılıq etməyə razılıq verib və parlament koalisiyası üzvləri ilə gələcək hökumətin formatı barədə kompromisə nail olduqlarını bildirib.

Bu barədə o, özünün Facebook səhifəsində məlumat yerləşdirib.

"Interfax" xəbər verir ki, Qroysman, həmçinin aprelin 13-də parlament koalisiyası üzvlərinin Nazirlər Kabinetinin təklif edilən heyəti ilə bağlı müzakirə aparmaq imkanının olacağı barədə informasiya da verib.

Xatırladaq ki, ötən bazar günü baş nazir Arseni Yatsenyuk bu postu tərk etmək qərarına gəldiyini bildirmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.