Aİ Ukraynaya dəstək üçün 1 milyard avro ayıracaq

9-04-2022, 00:05           
Aİ Ukraynaya dəstək üçün 1 milyard avro ayıracaq
Avropa Komissiyası Ukraynaya və ukraynalı qaçqınları qəbul edən ölkələrə dəstək üçün 1 milyard avro ayıracaq.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen deyib.

"Vəsaitin 600 milyonu Ukraynaya, 400 milyonu isə qaçqınlara kömək edən sərhədyanı dövlətlərə gedəcək", - fon der Lyayen qeyd edib.

Xatırladaq ki, aprelin 8-də Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Kiyev vilayətinin Buça şəhərində olublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru