“Exit-poll”: Makron kiçik fərqlə Le Pendən öndədir 10-04-2022, 21:57 Fransada prezident seçkilərinin birinci turunda Emmanuel Makron və Marin Le Pen öndədir.“Report” xəbər verir ki, bu barədə Belçikanın “LaLibre” qəzeti nəşrin əldə etdiyi exit-poll məlumatlarına istinadən məlumat yayıb.Belə ki, son məlumatlara görə, Makron 24,7 faiz, Le Pen 23,5 faiz səs toplayır.Qeyd edək ki, Fransa seçiciləri ölkə prezidentliyinə 12 namizəddən birinə səs verirlər. Ölkənin 49 milyondan çox vətəndaşının səsvermə hüququ var. Facebook-da paylaş