Slovakiya Ukraynaya qırıcı və artilleriya qurğuları verə bilər

11-04-2022, 00:00           
Slovakiya Ukraynaya qırıcı və artilleriya qurğuları verə bilər
Slovakiya Ukraynaya "Zuzana" adlı özüyeriyən artilleriya qurğularının satılması barədə danışıqlar aparır.

Bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Naqi RTVS televiziyasına müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, Slovakiya Ukrayna ordusunun istifadə etdiyi tankların təmirinə kömək edə və Kiyevi MiQ-29 qırıcıları ilə təmin edə bilər.

O, bildirib ki, "Zuzana" silahlarının hansı xüsusi modifikasiyasının Ukraynaya çatdırılması ilə bağlı hələlik razılaşma yoxdur. Eyni zamanda o vurğulayıb ki, bu silahların təhvil verilməsi ianə deyil, satış formasında olmalıdır.

Tankların təmirinə gəlincə, Yaroslav Naqinin sözlərinə görə, Slovakiyadan olan mexaniklər T-74 və T-55 tanklarının təmirində Ukraynaya kömək edə bilərlər. O qeyd edib ki, təmir Slovakiya ərazisində aparılacaq.

MiQ-29 qırıcıları ilə bağlı Naqi bildirib ki, bu təklif hələ ciddi müzakirə olunmayıb. Onun sözlərinə görə, Slovakiya bu təyyarələrin təmirində çətinlik çəkə bilər, çünki rus mexanikləri ölkəni tərk etməyə başlayıb.

Bundan əvvəl Slovakiya S-300 zenit-raket kompleksini Ukraynaya təhvil verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru