Putin: Çıxılmaz vəziyyətə qayıtdıq

13-04-2022, 00:01           
Putin: Çıxılmaz vəziyyətə qayıtdıq
Biz İstanbul görüşündə Ukrayna ilə müəyyən razılığa gəldik. Bu razılıq ondan ibarət idi ki, Ukrayna üçün təhlükəsizlik təminatı Krım, Sevastopol və Donbas ərazisinə aid edilməyəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin belarus həmkarı Aleksandr Lukaşenko ilə “Vostoçnıy” kosmodromunda keçirilən görüşündə söyləyib.

“Rusiya danışıqların davam etməsi üçün şərait yaratdı. Lakin Ukrayna tərəfi İstanbul razılışmasından uzaqlaşdı. İndi təhlükəsizlik təminatı məsələsi ayrıca müzakirə olunur, Krım, Sevastopol və Donbas məsələsi bu danışıqlar çərçivəsindən kənara çıxarılır. Başqa sözlə, yenidən çıxılmaz vəziyyətə qayıtdıq”, - deyə V.Putin bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru