Norveç Ukraynaya müharibənin gedişinə təsir edən raketlər verir
13-04-2022, 00:03

Norveç parlamenti Ukraynaya silah tədarükü məsələsinə baxır. AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. ABŞ-ın Ukraynaya verdiyi “Puma” PUA-ları nə üçündür? - Norveçdə bizim NSM gəmi əleyhinə hücum raketimiz var. Bu, Ukrayna-Rusiya müharibəsinin gedişatını dəyişə biləcək müasir və güclü silahdır. Hesab edirəm ki, NSM Ukraynaya verilməlidir. Eyni şey Norveçin aparıcı zenit-raketi olan "NASAMS"a da aiddir. Bu raket sistemləri hava hücumundan müdafiəni gücləndirmək üçün Ukraynaya çatdırılmalı olan silahlardır, - norveçli deputat Ola Jelvestveen "Guilahall"a açıqlamasında deyib.

Digər norveçli parlamentari Rasmus Qanson Ukraynanın gücləndirilməsi və bu ölkəyə müasir NASAMS hava hücumundan müdafiə sistemi, eləcə də artilleriya qurğularının ötürülməsi ideyasını dəstəkləyib.
Qeyd edək ki, NSM (Naval Strike Missile) istənilən növ gəmi əleyhinə effektli olan orta mənzilli raketdir. Bu silah Norveçin "Kongsberg" şirkəti tərəfindən dizayn olunaraq istehsal edilir. Raketlər turbojet mühərriki ilə təchiz ediliblər. Maksimal buraxılış məsafəsi 185 km, döyüş başlığının çəkisi isə 120 kq-dır. NSM səssiz raketdir və təkcə su üzərindəki deyil, yerüstü hədəfləri də vurmaq qabiliyyətinə malikdir. Norveç, Almaniya, ABŞ, Polşa və Malayziya ordusunda istifadəyə verilib. "NASAMS" hava hücumundan müdafiə sistemləri isə Amerikanın Raytheon Technologies korporasiyası və Norveçin Kongsberg qrupunun konsorsiumu tərəfindən istehsal olunur.