“SSRİ bizə 185 milyard ziyan vurub”

18-04-2016, 21:39           
“SSRİ bizə 185 milyard ziyan vurub”
SSRİ işğalının Latviyaya vurduğu ziyan 185 milyard avrodur.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında latviyalı siyasətçi Ruta Pazdere söyləyib.

Onun sözlərinə görə, SSRİ-nin Latviyaya vurduğu demoqrafik ziyan həddən artıq çox olub.

Qeyd edək ki, Latviya hökuməti SSRİ-nin ölkəyə vurduğu ziyanın araşdırılması üçün 2005-ci ildə xüsusi komissiya yaradıb. Komissiyaya rəhbər Ruta Pazdere təyin edilib. Komissiyanın maliyyələşməsi 2009-cu ildə dayandırılıb, 2014-cü ildə isə fəaliyyətinə son qoyulub.

Latviya SSRİ tərəfindən 1940-cı ildə işğal olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru