“OpenAI” “ChatGPT” mobil tətbiqindən nə qədər qazanır? - Açıqlandı

Bu gün, 11:24           
“OpenAI” “ChatGPT” mobil tətbiqindən nə qədər qazanır? - Açıqlandı
“OpenAI”nın sahibi olduğu "ChatGPT" mobil tətbiqinin gəlirləri açıqlanıb.

Valyuta.az xəbər verir ki, 2023-cü ilin mayında istifadəyə verilən “ChatGPT” mobil tətbiqi indiyədək dünya üzrə 2 milyard dollar gəlir əldə edib.

Bu göstərici “Claude”, “Copilot” və “Grok” kimi rəqiblərin ümumi gəlirindən təxminən 30 dəfə çoxdur.

2025-ci ilin yanvar-iyul ayları ərzində tətbiqin gəliri 1,35 milyard dollar olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə %673 artım deməkdir. Aylıq orta gəlir 193 milyon dollar təşkil edir ki, bu da ən yaxın rəqibi “Grok”un (3,6 milyon dollar) düz 53 qatıdır.

İstifadəçi xərcləri və bazar payı

İstifadəçi başına gəlir: qlobal miqyasda 2,91 dollar, ABŞ-də isə 10 dollar hesablanıb.

Regionlar üzrə pay: ABŞ ümumi gəlirin %38-ni, Almaniya isə %5,3-ünü təşkil edir.

Yüklənmə göstəriciləri: Tətbiq ümumilikdə 690 milyon dəfə yüklənib. Onun ən yaxın izləyicisi “Grok” isə cəmi 39,5 milyon yükləmə ilə kifayətlənib.

2025-ci ildə təkcə 7 ay ərzində “ChatGPT” 318 milyon yeni yükləmə toplayıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur. Yüklənmə liderliyi isə %13,7 payla Hindistana, daha sonra %10,3 ilə ABŞ-yə məxsusdur.

Analitiklərə görə, bu göstəricilər yalnız mobil tətbiq mağazalarından əldə edilən gəlirləri əhatə edir. “OpenAI” bundan əlavə, veb üzərindən abunəliklər və API istifadəsindən də gəlir qazanır. Bu isə “ChatGPT”nin rəqibləri ilə arasındakı fərqi daha da artırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru