İngiltərə Premyer Liqası: "Mançester Yunayted" "Arsenal"ı qəbul edəcək
Bu gün, 10:28
Bu gün İngiltərə Premyer Liqasının I turunun ən maraqlı qarşılaşması baş tutacaq.
Oxu.Az xəbər verir ki, üçüncü oyun günündə daha üç görüş olacaq.
Belə ki, "Çelsi" "Kristal Pelas"ı, "Nottingem Forest" "Brentford"u qəbul edəcək. Gecənin ən maraqlı qarşılaşmasında "Mançester Yunayted"lə "Arsenal" üz-üzə gələcəklər.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 19:30-da baş tutacaq. Matçı İdman TV kanalı canlı yayımlayacaq.