Rəqsanənin ailəsinin həbs tarixçəsi: anası, bacısı və…

Bu gün, 10:14           
Rəqsanənin ailəsinin həbs tarixçəsi: anası, bacısı və…
Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova həbs edilib.

TEREF Yenisabah.az-a istinadən xəbər verir ki, bu, ifaçı barədə yayılan belə xəbərlərin artıq üçüncü halıdır. Daha əvvəl 2024-cü il aprelin 4-də onun həbs olunduğu iddia edilsə də, müğənni həmin xəbərləri təkzib edərək yalan olduğunu açıqlamışdı.

Oxşar xəbərlər 2023-cü ilin 10 aprel tarixində də gündəmə gəlmiş, lakin təsdiqini tapmamışdı.

Qalmaqallı həbs xəbərləri yalnız müğənni ilə bağlı olmayıb. 2007-ci il avqustun 28-də Rəqsanə İsmayılovanın anası Adilə Həsənova və bacısı Ellada İsmayılova insan alveri ittihamı ilə həbs edilmişdi.

Daha sonra, 2014-cü il mayın 30-da isə ifaçının bacısı oğlanları – Tural, Turan və İlqar Səfərovlar polis tərəfindən saxlanılmışdı. Onların həbsinə səbəb Çermet qəsəbəsində, 93 saylı məktəbin qarşısında avtoxuliqanlıq edən sürücü ilə qəsəbə sakinləri arasında baş verən davada iştirakları göstərilmişdi.

Qeyd edək ki, adıçəkilən qardaşlar Rəqsanə İsmayılovanın əvvəl həbsdə olan bacısı Ellada İsmayılovanın övladlarıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru