Portuqaliyada alovlu tornado lentə alındı VİDEO

Bu gün, 11:41           
Portuqaliyada alovlu tornado lentə alındı  VİDEO
Portuqaliyada tüğyan edən meşə yanğınları arasında bir həftə ərzində ikinci yanğın tornadosunun görüntüləri yayılıb.

Bu barədə "Notícias ao Minuto" portalı məlumat yayıb.

Qeyd olunur ki, tornado avqustun 15-nə keçən gecə Aqiar da Beyra bölgəsində lentə alınıb. Alovlu qasırğanı əmələ gətirən yanğın iki gün əvvəl Vizeu dairəsindəki Satan bələdiyyəsində başlayıb. Ötən həftəsonu Moymenta da Beyra qəsəbəsində də analoji tornado lentə alınıb.

Nəşrin məlumatına görə, ölkədə yanğınlarla əlaqədar yüksək hazırlıq rejimi gələn həftənin əvvəlinə qədər uzadılıb. Avqustun 14-nə qədər yanğından təxminən 75 min hektar ərazi zərər çəkib. Vila Franka du Dean şəhərinin keçmiş meri Karlos Damaso isə yanğın nəticəsində yanaraq ölüb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru