Makron: "Rusiya öhdəliklərini yerinə yetirməmək tendensiyası qurub"

Bu gün, 09:48           
Makron: "Rusiya öhdəliklərini yerinə yetirməmək tendensiyası qurub"
Son onilliklər ərzində Rusiyada öhdəliklərini yerinə yetirməmək tendensiyası yer alıb.

Oxu.Az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsində Rusiya və ABŞ liderlərinin Rusiya-Ukrayna müharibəsinin həlli üzrə Ankoric görüşünün nəticələrini şərh edərkən yazıb.

O, paylaşımda Alyaska sammitindən sonra ABŞ Prezidenti Donald Tramp, Ukrayna lideri Volodimir Zelenski və avropalı tərəfdaşlarla bugünkü koordinasiya görüşünü şərh edib.

"Son 30 ilin bütün dərslərini, xüsusən Rusiyanın öz öhdəliklərini yerinə yetirməmək meyilindən öyrənmək lazımdır", - Makron qeyd edib.

Makron vurğulayıb ki, Ukraynada sülh sarsılmaz təhlükəsizlik təminatları tələb edir, bunun inkişafı üçün "Könüllülər Koalisiyası" avqustun 17-də ABŞ-nin iştirakı ilə onlayn formatda təcili toplantı keçirəcək.

Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts və Emmanuel Makron sədrlik edəcəklər. Görüş zamanı Rusiya-Ukrayna müharibəsində sülhün bərqərar olması ilə bağlı müzakirələrdə növbəti addımlar müzakirə ediləcək.
https://x.com/EmmanuelMacron/status/1956663209206624451?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1956663209206624451%7Ctwgr%5E8c5ebf9834d43e2f74b99540e3a411f9f9f9d520%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Foxu.az%2Fdunya%2Fmakron-rusiya-ohdeliklerini-yerine-yetirmemek-tendensiyasi-qurub












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru