Bu marka uşaq geyimində gizli təhlükə! - Mağaza və anbarlardan təcili yığışdırılır - FOTO

Bu gün, 09:28           
Bu marka uşaq geyimində gizli təhlükə! -
Türkiyə Ticarət Nazirliyi, "Alya" markalı uşaq idman dəstində xəsarət riski yaradan kordon ipi aşkar edib. Məhsulun satışı qadağan olunub, mağaza və anbardakı bütün stokların yığışdırılmasına qərar verilib.
Nazirlik riskli məhsullara qarşı apardığı yoxlamalarda yeni bir təhlükəni ictimaiyyətlə bölüşüb. 15 avqustda edilən son açıqlamada, xüsusilə uşaqların təhlükəsizliyi ilə bağlı mühüm xəbərdarlıq yer alıb.
Nazirliyin "Güvənilməyən Məhsul Məlumat Sistemi" vasitəsilə yayımlanan açıqlamaya görə, "Alya" markalı uşaq idman dəstində standartlara zidd kordon ipi müəyyən edilib. Bu dizayn qüsurunun uşaqlar üçün xəsarət riski daşıdığı vurğulanıb.
Aşkarlandıqdan sonra dərhal hərəkətə keçən nazirlik, həmin məhsulun satışının qadağan olunmasına və mövcud stokların yığışdırılmasına qərar verib. Qərarın həm mağazalardakı, həm də anbardakı məhsulları əhatə etdiyi bildirilib.
Mütəxəssislər valideynlərə uşaq geyimlərindəki kordon və ip detalları barədə təhlükəsizlik baxımından diqqətli olmağı tövsiyə edirlər.
Məqaləyə dair fotomateriallar:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru