Daha bir Avropa ölkəsində həyəcan: “İran bizi vura bilər”

Bu gün, 12:16           
Daha bir Avropa ölkəsində həyəcan: “İran bizi vura bilər”
“İsrail və İran arasında qarşıdurma Kiprə də sirayət edə bilər”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Kipr Prezidenti Nikos Xristodulidis Böyük Britaniyanın “The Rest is Politics: Leading” adlı podkastına müsahibəsində deyib.

“İran nüvə silahına sahib olarsa, demək, mənim ölkəm də təhlükə altındadır. Biz İsraildən cəmi 30 dəqiqəlik məsafədəyik”, – o bildirib.

Xristodulidis İsraili “regiondakı ən yaxın müttəfiqimiz” adlandıraraq, Yaxın Şərqdə artan qeyri-sabitlik fonunda ikitərəfli münasibətlərin əhəmiyyətini vurğulayıb:

“Kipr iki dövlətli həll modelini dəstəkləyir və bu məqsədlə yaxın vaxtlarda həm İsrailin Baş naziri Benyamin Netanyahu, həm də Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbasla görüşlər keçirib.

Kipr humanitar yardımların Qəzzaya Əşdod limanı vasitəsilə çatdırılması istiqamətində də çalışır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru