Turan, Xəzər, Mazandaran, Hirkan pələngi kimi adlanan Qafqaz pələngini öldürən Siklauri qardaşları
Bu gün, 09:58

4 dekabr 1921-ci ildə Azərbaycandan Zaqatala meşələrindən Gürcüstanın Leolobi kəndi ərazisində öldürülüb. Kəndlilərin heyvanlarına hücum edən pələngə qarşı ov həyata keçirən qardaşlar onu Tiflisin 23 kilometrliyində tələyə salıb öldürdülər.
Gürcüstanda muzeydə saxlanılan pələngin dərisi önündə qeyd edilib ki, o sonuncu Qafqaz pələngidir..
Lakin 1932-ci ildə Göytəpə ərazisində eyni pələngin ovlanması barədə Azərbaycan rəhbərliyinə məlumat verilir. Azərbaycanda ovçuların verdiyi məlumata görə isə 1970-ci illərdə sonuncu Turan pələngi görülüb və onların nəslinə 1980-ci ildə son qoyulub.
Bəzi mənbələrə görə 1955-60-cı illərdə Hamburq şəhərində yerləşən Hagenbek zooparkında üç Turan pələngi saxlanırmış.
Antik mənbələrdə yazılır ki, Romada Kolzeydə qladiator döyüşlərində Azərbaycan ərazisindən (Kür- Araz ovalığı, Talış mdşələri və Zaqatala ) aparılan pələnglər onların kabusuna çevrilmiş idi..
Düzdür indi İran adlanan yerdə qoruqda saxlanılan pələnglərə Turan adı verən hökumət əslində Mazandaran cinsini elə qələmə verir. Alimlər əsl Turan pələnginin ölçüsünü 270-350 santimetr arası qeyd edirlər. İranda olan isə ən uzunun 250 santimetr ölçüsü var.
Hətta Amur pələngini da Turan pələngi kimi qeyd edirlər. Lakin yuxarıda yazdığım kimi boy və çəkiyə görə xeyli fərqlənirlər.
Bəzi kitablarda rast gəlmək olar ki, Rus çarları burada körpəlikdən Turan pələngin əldə edib onlar üçün xüsusi qoruq yaratmış idilər.
Prof.Dr Zaur Aliyev