Putin Trampla Alyaskadakı sammitdən sonra iclas keçirib

Bu gün, 09:17           
Putin Trampla Alyaskadakı sammitdən sonra iclas keçirib
Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla avqustun 15-də Ankoricdə (Alyaska) baş tutan sammitdən sonra iclas keçirib.

“Report” TASS-a istinadən xəbər verir ki, görüş zamanı Putin Ukraynadakı müharibənin dayandırılması ilə bağlı əsas tələbləri irəli sürüb.

Qeyd edilir ki, Trampla danışıqlar zamanı Rusiyanın Ukraynadakı vəziyyətlə bağlı mövqeyini sakit və təfərrüatlı şəkildə ifadə etmək imkanı olub.

Putinin sözlərinə görə, Rusiya Ukraynada hərbi əməliyyatların tez bir zamanda dayandırılmasını istəyir. Trampla danışıqlar zamanı tərəflər əməkdaşlığın demək olar ki, bütün sahələrini müzakirə ediblər.

“Söhbət çox səmimi, mənalı keçdi və fikrimcə, bu, bizi lazımi qərarlara yaxınlaşdırır”, - Putin bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru