İsrafçılıq tək yaslardadırmı? - Bəs toylar, dərimizi soyub misli görünməyən xeyir götürən məmur şadlıq evləri?

Bu gün, 09:34           
İsrafçılıq tək yaslardadırmı? -
İndi hər bir rayonda yas yerlərində isti yemək(ehsan) verməyin qadağan olunmasından danışılır, təşəbbüslər irəli sürülür... Bunlar çox yaxşıdır! 90-cı illərdə Tamerlan Qarayev mənə dedi ki, "Qarabağ evi" yaradırıq, üzv ol, bunu təbliğ etmək lazımdır. Dedim, bu evin məqsədi nədir? Dedi, köçkünlərin yas mərasimlərinə kömək etmək, dünyasını dəyişənlərin dəfninə kömək etmək, bir sözlə, ölülərimizi urvatlı etmək! Dedim, bəy, məncə, indi ölüləri deyil, diriləri ağlamaq vaxtıdır!
Sözümün canı var: yası bir təhər yola vermək olur, çünki bir çox bölgələrdə yas mərasimlərində qədimdən dəftər qoyub pul yazdırmaq ənənəsi də var! Amma gəlin indi ölülərdən keçək, dirilərə! Toylardakı bu yemək biabırçılığının, israfçılığın qarşısı alınmalıdır!
Ölkənin sözü eşidilən ziyalıları, qabağa durun, şadlıq evlərinə qarşı kampaniya başladın ki, Ginnesin rekordlar kitabına düşəcək bu menyu hoqqabazlığına son qoyulsun! 100-200-300 manatlıq menyu olar? Adam toyda 100-200-300 manatlıq yemək yeyə bilərmi axşam saat 7-8-9-10-dan sonra??? Bu qiymət bahalığına görə nə qədər valideyn tnıyıram ki, toydan sonra illərlə qohum-tanışa, banka borc ödəməli olur! Niyə dövlətimiz sosial evlər tikə bilir, sosial toy adı ilə ucuz şadlıq evləri təşkil edə bilmir? Nə qədər gənc bu bahalığa görə nişanlı qalmaqdadır! Əmək və Sosial Müdafiə Nazirliyi niyə həm də bu istiqamətdə ağıllı, düşüncəli layihə həyata keçirmir? Gənclərin (oğlanlı-qızlı) böyük bir hissəsinin vaxtilə ailə qurma yaşı 22-26 olardısa, bu limit indi 35-40-a çatıb! Bəziləri isə məhz toy xərci bahalığına görə ailə qurmaqdan imtina etməli olur. Gələcəyimizi düşünmə vaxtı çatmayıbmı?
Asif Merzili
TEREF yazır ki, hərəsi bir məmura məxsus olan və arxasında bir məmur dayanan şadlıq evləri bu gün fantastik xeyirlərindən keçməmək üçün hər cür vasitələrdən istifadə edirlər! Bu gün vətandaşlar şadlıq evlərində 2-3 gündən qalmış yeməklərə pullar xərcləyirlər! Toy edən şadlıq əvəzinə illərlə borc girdabına düşür və bu, gün gündən artım tempi ilə gedir.Buna "DUR" deməyin vaxtı çatmayıb?
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru