Azərbaycan iqtisadiyyatı üçün 907-ci düzəlişin ləğvi nə deməkdir?

Bu gün, 10:58           
Azərbaycan iqtisadiyyatı üçün 907-ci düzəlişin ləğvi nə deməkdir?
ABŞ prezidenti Donald Tramp tərəfindən “907-ci düzəliş” rəsmən olaraq dayandırıldı. Bu Azərbaycan üçün uzun illər davam edən məhdudiyyətlərin aradan qalxması deməkdir.

Bəs bu qərarın Azərbaycan iqtisadiyyatı üçün təsirləri nələrdir?

Mövzu ilə bağlı Valyuta.az-a danışan İqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, “907-ci düzəliş”in dayandırılması Azərbaycanın maddi maraqlarından daha çox mənəvi və siyasi baxımdan əhəmiyyət daşıyırdı:

"Bu yardım çərçivəsində Azərbaycana ayrılan vəsait illik göstərici ilə götürüldükdə, dövlət vergi xidmətinin yalnız ƏDV-nin geri qaytarılması layihəsi çərçivəsində vətəndaşlara qaytardığı məbləğdən çox deyildi. Hətta bu düzəliş çərçivəsində nəzərdə tutulan yardım qədər Azərbaycan hər il Ukraynaya humanitar dəstək göstərir. Bu səbəbdən yardımın iqtisadi baxımdan xüsusi əhəmiyyətli bir detal kimi qiymətləndirilməsi düzgün olmazdı".

Ekspertin sözlərinə görə, düzəlişin əsas mahiyyəti Azərbaycanın iqtisadiyyatına təsirdən çox siyasi və mənəvi təzyiq aləti kimi formalaşdırılmışdı:

"Onun ləğvi isə həmin sərt siyasi təsirin aradan qaldırılması kimi dəyərləndirilməlidir.

Bununla yanaşı, təbii ki, iqtisadi baxımdan da müəyyən dividendlər mövcuddur. İllik olaraq 20, 30, 40, hətta 50 milyon dollar məbləğində vəsaitin ayrılması az göstərici hesab olunmur. Amma ümumi kontekstdə, Azərbaycanın iqtisadi gücünü nəzərə aldıqda, bu rəqəm həyati əhəmiyyət daşıyan iqtisadi amil sayılmır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru