Xəzər dənizinin xəritəsində nəhəng qara ləkə yaranıb FOTO

Bu gün, 10:38           
Xəzər dənizinin xəritəsində nəhəng qara ləkə yaranıb  FOTO
Xəzər dənizində sahəsi 82 kvadratkilometr olan ləkə peyda olub.

Oxu.Az xəbər verir ki, bu barədə "Ostorojno, novosti" "Telegram" kanalına ekoloji təşkilatlara dəstək verən "Prozraçnıy mir" layihəsinin iştirakçıları məlumat veriblər.

Qeyd olunur ki, ləkə saat 05:43-də Sentinel-1A radiolokasiya görüntüsündə müşahidə edilib. O, neft və ya balıq tullantılarından ibarət ola bilər. Ləkənin dəqiq sahəsi 82,5 kvadratkilometr təşkil edir. O Port Kurık-Bakı gəmi xətti boyunca uzanır və Azərbaycan və Qazaxıstanın sektorlarını əhatə edir.

"Bu, artıq suda təsadüfi "çirkli zolaq" deyil, Xəzərin xəritəsindəki tam bir qara ləkədir", - layihə iştirakçısı bildirib.

Onlar narahatdırlar ki, bu cür emissiyalar davam edərsə, dəniz buna tab gətirməyəcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru