Səlcuqlu dövründən günümüzə qədər gəlib çıxan "Yıxılan minarə"
Bu gün, 11:38
Türkiyənin Elazığ bölgəsində Səlcuqlular dönəminə aid Ulu Caminin minarəsi buraya ziyarətə gələn hər kəsin marağına səbəb olur.
Oxu.Az İHA agentliyinə istinadən xəbər verir ki, mailliyi 3-7 dərəcə arasında dəyişən minarə, Anadoluda iki qədim böyük məscid minarələrindən biri hesab olunur.
Bir çoxlarının "Yıxılan minarə" adlandırdığı bu dini-tarixi abidə uzun illərdir öz möhkəmliyi ilə insanları təəccübləndirməkdə davam edir.