Şiə lider xalqa çağırış etdi

21-04-2016, 09:31           

İraqda şiələrin lideri Müqtəda əs-Sədr tərəfdarlarına çağırış edib.

Axar.az xəbər verir ki, Sədr dəstəkçilərinə göndərdiyi elektron məktubda xalqı nümayişə səsləyib:

“Kimsə bu hərəkatı dayandıra bilməz. Əks halda inqilab yeni bir müstəviyə keçəcək. Məclis ən tez vaxtda texnokrat hökumət üçün planlaşdırılan səsverməni keçirməlidir”.

Qeyd edək ki, Müqtəda əs-Sədr Baş nazir Heydər Abadinin hazırladığı teknokrat hökumət layihəsini dəstəkləyir.

Lakin bu layihə məclisdə yer alan kürd və sünni qanadın maraqlarına uyğun gəlmədiyi üçün parlamentdən keçə bilmir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.