Donbasda vəziyyət gərginləşdi

21-04-2016, 09:41           

Donbasda atəşkəs rejiminin pozulması halları kəskin artıb.

Bunu ATƏT-in xüsusi nümayəndəsi Martin Saydik bildirib.

“İşçi qrupunun əlaqələndiricisi atəşkəs rejiminin pozulması hallarının kəskin artdığına görə narahatlığını ifadə edib. Xüsusən aprelin 6-dan sonra. Sutka ərzində 5 000-dək atəşkəs rejiminin pozulması halları qeydə alınıb, bu çox qorxuludur. Atışma zamanı əvvəl təmas xəttindən geri çəkilən ağır silahlar, artilleriya və minaatanlardan istifadə olunub”, - deyə M.Saydik bildirib. (oxu.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.