Nazarbayevdən şok qərar: Bu adamlar axtalanacaq

21-04-2016, 16:24           

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev pedofillərin məcburi kimyəvi axtalanmasının normalarını müəyyən edən qanunu imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Nazarbayevin mətbuat xidməti məlumat yayıb.

Bundan əlavə, qanuna görə, valideyn himayəsindən məhrum olmuş uşaqların məlumat bazası yaradılacaq.

Bu sistemin Qazaxıstanda uşaq hüquqları ilə bağlı fəaliyyət göstərən dövlət orqanları və QHT-lər arasında informasiya mübadiləsini təmin edəcəyi gözlənilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.