Avropa İttifaqının sanksiyalarından yayınma cinayət sayıla bilər

12-05-2022, 11:23           
Avropa İttifaqının sanksiyalarından yayınma cinayət sayıla bilər
İki həftədən sonra Avropa Komissiyası qanuni təklif təqdim edəcək və ona əsasən, Avropa İttifaqı sanksiyalarından yayınma cinayət hesab olunacaq.


Bu addım Aİ üzv dövlətlərinə Rusiyaya qarşı sanksiya kampaniyası çərçivəsində dondurulmuş aktivləri müsadirə etməyə kömək etməlidir.

Sanksiyalardan yayınmağa görə cinayət məsuliyyətinin tətbiqi Rusiya aktivlərinin dondurulması üçün hüquqi əsas olmalıdır.

Aprel ayına qədər Aİ ölkələri artıq təxminən 30 milyard avro dəyərində aktivləri müsadirə ediblər (söhbət xüsusilə Rusiya Federasiyasından olan fiziki və ya hüquqi şəxslərə məxsus yaxtalar, villalardan gedir).

Mənbə: Politico












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru