ABŞ və Fars körfəzi ölkələri dialoqa başlayır – Ucuz neftə adaptasiya ilə bağlı

21-04-2016, 22:11           
ABŞ və Fars körfəzi ölkələri dialoqa başlayır – Ucuz neftə adaptasiya ilə bağlı
ABŞ və bu ölkənin Fars körfəzi hövzəsində yerləşən tərəfdaş ərəb ölkələri neftin qiymətləri ilə bağlı dialoq aparacaq. “APA-Economics” TASS-a istinadən xəbər verir ki, bu barədə Ər-Riyadda səfərdə olan ABŞ prezidenti Barak Obama bildirib.
“ABŞ Fars körfəzi hövzəsində yerləşən ərəb ölkələri ilə ən yüksək səviyyədə dialoqa başlayacaq. Dialoqun əsas mövzusu aşağı neft qiymətlərinə adaptasiya olacaq”, – deyə prezident qeyd edib.
ABŞ lideri əlavə edib ki, dialoq çərçivəsində həmçinin islahatların dəstəklənməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi kimi məsələlər müzakirə ediləcək.
Onun sözlərinə görə, ABŞ bundan sonra da Fars körfəzi hövzəsində yerləşən ölkələrə zəruri dəstəyi verəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru