Qazaxıstanda təyyarə qəzası - 2 nəfər öldü

Bu gün, 00:15           
Qazaxıstanda təyyarə qəzası - 2 nəfər öldü
Qazaxıstanın Akmola vilayətində yüngül mühərrikli "Aerostar R40F UP-LA229" təyyarəsi qəzaya uğrayıb.

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində bir pilot və bir sərnişin ölüb. Uçuşun özəl reys olduğu bildirilir.

Qəzanın səbəblərini müəyyən etmək üçün xüsusi komissiya yaradılıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən ibtidai istintaqa başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru