“Elşadoğlu Mebel”dən ŞİKAYƏT
Bu gün, 00:17

Vətəndaş “Elşadoğlu Mebel”dən narazıdır
Paytaxt sakini “Elşadoğlu Mebel” mağazasından aldığı mebeldən narazılıq edib. Onun sözlərinə görə, mayın 20-də 1100 manat dəyərində sifariş etdiyi divan, gətirilərkən seçilən nümunəyə uyğun olmayıb.
Şikayətçi bildirib ki, mağazada bəyəndikləri mebel başqa materialda və keyfiyyətdə olub, lakin evə gətirilən divan fərqli və keyfiyyətsiz məhsul çıxıb:
“Mebeli evə gətirdilər, gördük ki seçdiyimizlə gətirilən arasında ciddi fərqlər var. Mağazaya müraciət etdik, dedilər dəyişdiriləcək. Ancaq iki aydan çox vaxt keçməsinə baxmayaraq, heç bir dəyişiklik edilməyib. Aldığımız divanın parçası sökülür, oturanda isə səs gəlir” – deyə vətəndaş vurğulayıb.
Şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə mağazaya müraciət etsə də, nəticə əldə olunmayıb:
“Artıq bezmişik, ödənişimizin qaytarılmasını tələb etdik. Lakin mağazanın əməkdaşı səs yazısında ödənişin qaytarılmayacağını,və kobud şəkildə hara şikayət edirsiz-edin deyə bildirdi”.
Vətəndaş ümid edir ki, məsələ ilə bağlı müvafiq orqanlar tərəfindən tədbir görüləcək.Patrulaz.az