ABŞ-da dron əleyhinə müdafiə sistemləri sınaqdan keçirilib

13-05-2022, 00:10           
ABŞ-da dron əleyhinə müdafiə sistemləri sınaqdan keçirilib
ABŞ yeni silahı sınaqdan keçirib. Pentaqonun Kiçik Dronlarla Mübarizə üzrə Birgə Ofisi (JCO) pilotsuz təyyarələri məhv etmək üçün istifadə edilən mikrodalğalı silahın nümayişini başa çatdırıb. Bu barədə “Defence News” məlumat yayıb.

JCO aprel ayında Yuma sınaq meydançasında nümayiş keçirib. Nümayişdə “Epirus”, “Raytheon Technologies” və “Leonardo DRS” öz antidron sistemlərini təqdim ediblər. Qeyd edilir ki, bu sistemlər fokuslanmış elektromaqnit impulsları olan dronları məhv etməyə imkan verir.

Sınaqlar zamanı hərbçilər perspektiv komplekslərin məhv edilməsi diapazonunu və hədəfin məhv edilməsi üçün lazım olan vaxtı müəyyən ediblər. Əməliyyata rəhbərlik edən ABŞ ordusu rəsmiləri sınaqdan keçirilən sistemlərin eyni anda bir neçə hədəfi vura biləcəyini bildiriblər. JCO əldə edilən məlumatların analizinə başlayıb.(Mənbə: Lenta.ru)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru