Rusiyanın İsveçrədə dondurulan aktivlərinin həcmi

13-05-2022, 07:47           
Rusiyanın İsveçrədə dondurulan aktivlərinin həcmi
Avropa Birliyinin sanksiyaları çərçivəsində İsveçrə hakimiyyəti tərəfindən dondurulan Rusiya aktivlərinin həcmi hazırda 6,3 milyard ABŞ dolları təşkil edir.

Axar.az xəbər verir ki, bu barədə Konfederasiyanın İqtisadiyyat üzrə Dövlət Katibliyinin (SECO) nümayəndəsi Ervin Bollinger deyib.

“Aprelin 7-nə Rusiya Federasiyasının dondurulmuş vəsaitlərinin həcmi təxminən 7,5 milyard ABŞ dollarına çatırdı. Sonra daha 2,2 milyard dollarlıq aktivlər bloklanıb. Lakin ardından İsveçrə hökuməti daha əvvəl preventiv qaydada dondurulmuş 3,4 milyard dollarlıq vəsaiti məhdudiyyətlərdən çıxarıb. Hazırda Aİ-nin sanksiyaları ilə Rusiyanın fiziki və hüquqi şəxslərinin konfederasiya tərəfindən bloklanan aktivlərin ümumi məbləği təxminən 6,3 milyard dollar təşkil edir”, - E.Bollinger qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru