Finlandiyada nüvə hücumu zamanı bomba sığınacaqları nümayiş olunub - VİDEO

13-05-2022, 09:18           
Finlandiyada nüvə hücumu zamanı bomba sığınacaqları nümayiş olunub - VİDEO
Finlandiyada hər-hansı təhlükə halında, o cümlədən nüvə zərbəsi zamanı ölkə əhalisini qoruya biləcək bomba sığınacaqları nümayiş olunub. Bununla bağlı süjet CNBC telekanalının efirində yayımlanıb.


Kadrlarda Helsinki yaxınlığında yerləşən bunkerlərdən biri əks olunub - içəridə futbol meydançası, bütün lazımi avadanlıqla təchiz olunmuş idman zalı, yeməkxana, avtomobil dayanacağı və uşaq meydançasının olduğu görünür.

Hər bir belə sığınacağa təxminən altı min vətəndaş sığır və güman edilir ki, ümumilikdə paytaxtın bütün əhalisinin bu sığınacaqlarda gizlənməsi mümkündür. Obyektlərin onilliklər əvvəl tikildiyi, sonradan modernləşdirildiyi vurğulanır.

Mayın 12-də Finlandiyanın Prezidenti Sauli Niyiniste və və baş naziri Sanna Marin ölkənin NATO-ya üzv olmaq ərizəsini dəstəkləyiblər. Hakimiyyət vurğulayır ki, ölkənin alyansa daxil olması müdafiə imkanlarının artırılmasında və ittifaqın gücləndirilməsində əhəmiyyətli rol oynayacaq.


Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru