Şimali Koreya üç ballistik raketin sınağını keçirib

13-05-2022, 10:44           
Şimali Koreya üç ballistik raketin sınağını keçirib
Şimali Koreya Pxenyanın Sunan hava limanı ərazisindən Şərq dənizinə doğru üç qısamənzilli ballistik raket atıb.

Bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah rəisləri jurnalistlərə açıqlamasında bildiriblər.

“Hərbçilərimiz bu gün, mayın 12-də Şimali Koreya tərəfindən, Sunan hava limanı ərazisindən Yapon dənizinə doğru üç qısamənzilli ballistik raket buraxılışını qeydə alıblar”, - deyə məlumatda bildirilib.

Uçuş məsafəsi, raketin uçuş hündürlüyü və digər detallar hələlik açıqlanmayıb.

Qeyd edək ki, bu, Şimali Koreyanın 2022-ci ildə 16-cı silah sınağıdır.

Xatırladaq ki, mart ayında Şimali Koreya “Xvason-17” qitələrarası ballistik raketinin sınağını həyata keçirib. Həmin vaxt yerli dövlət kanallarında Yaponiya dənizinə doğru atılan raketlə bağlı epik video təqdim edilmişdi.

Mənbə: RİA Novosti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru