"Altı milyon insan Ukraynanı tərk edib" - BMT

13-05-2022, 10:27           
"Altı milyon insan Ukraynanı tərk edib" - BMT
Xaricə gedən ukraynalıların sayı artıq altı milyon həddini keçib.

Teref.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatında deyilir.

Qeyd olunur ki, mayın 11-nə olan məlumata görə, Ukrayna ərazisini 6 029 705 nəfər tərk edib.

Əksəriyyət, 3,2 milyondan çox insan Polşaya gedib. Rumıniyaya təxminən 900 min, Rusiyaya 785 mindən çox, Macarıstana 583 min, Moldovaya 459 mindən çox, Slovakiyaya demək olar ki, 410 min, Belarusa isə 27 mindən çox insan gedib.

Eyni zamanda, BMT-nin məlumatına görə, fevralın 28-dən 1 milyon 626 min 500 ukraynalı öz vətənlərinə qayıdıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru