Çin münaqişənin uzanmasından narazıdır

13-05-2022, 08:58           
Çin münaqişənin uzanmasından narazıdır
Çinin Tsinxua Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun dekanı Tsinxua Yan Syueton

Ukraynadakı münaqişənin Çin üçün yalnız itkilər və dağıntılar gətirir, lakin heç bir fayda gətirmədiyini bildirib.

Bundan əvvəl isə o, Rusiyanın xüsusi əməliyyatlarının Pekini çətin vəziyyətə saldığını və tarazlaşdırma strategiyası sayəsində onu iqtisadi itkilərə dözməyə məcbur etdiyini bildirmişdi.

Öz növbəsində, Çinin Ukraynadakı keçmiş səfiri Qao Yuşenq isə Rusiyanın keçmiş SSRİ respublikalarına münasibətdə “ikitərəfli” və “vədləri pozduğunu” etiraf edib.

Bu arada “Bloomberg” vurğulayır ki, Yuşenqin sözləri Ukraynada əməliyyat başlayandan bəri "Çin siyasətinin ən parlaq tənqidlərindən birinə" çevrilib.

Agentlik onu da qeyd edir ki, Pekinin Rusiyanın Ukraynadakı əməliyyatını dəstəkləmədiyi barədə bəyanatlarına baxmayaraq, Çin qoşunların çıxarılmasında israrlı olan Vaşinqtona dəfələrlə qarşı çıxıb. Bundan əlavə, Çin diplomatları Moskva ilə strateji əlaqələri genişləndirmək planlarını təsdiqləyiblər.

Xatırladaq ki, ötən həftə Çinin BMT Təhlükəsizlik Şurasındakı nümayəndəsi Zhang Jun Ukraynadakı münaqişənin genişlənməsi və uzanması əlamətləri olduğunu” və bütün bunların onlarda “narahatlıq yaratdığını”. Bildirmişdi. Çinli siyasətçi vurğulayıb ki, dialoq və danışıqlar fikir ayrılıqlarına son qoymağın yeganə yoludur və ölkəyə edilən silah tədarükü heç bir “sülh gətirməyəcək”.

Qeyd edim ki, SİA bu barədə rus saytlarına istinad edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru