«Qazprom» bəzi qaz şirkətlərinə - SANKSİYA TƏTBİQ ETDİ

13-05-2022, 10:09           
 «Qazprom» bəzi qaz şirkətlərinə -
Rusiyanın “Qazprom” şirkəti Rusiya qazını Avropaya daşıyan Yamal-Avropa kəmərinin Polşa hissəsindən artıq istifadə etməyəcəyini açıqlayıb.

Teref.az FED.az-a istinadla xəbər verir ki, “Qazprom”un nümayəndəsi Sergey Kupriyanovun açıqlamasına görə, Rusiya hökuməti qazın Polşa ərazisi iləç daşınmasına məsul olan EuRoPol GAZ-a qarşı sanksiyalar tətbiq edəcək.

EuRoPol GAZ-ın Rusiya qazını Avropaya daşıyan Yamal-Avropa boru kəmərinin Polşa hissəsinin sahibi olduğuna işarə edən Kupriyanov, sanksiyalara görə, Rusiya qazının artıq EuRoPol GAZ-a məxsus xətt vasitəsilə daşınmayacağını bildirib.

Kupriyanov qeyd edib ki, Polşa “EuRoPol GAZ”ın səhmdarı kimi “Qazprom”un hüquqlarını dəfələrlə pozub, həmçinin “Qazprom”a qarşı sanksiyalar tətbiq edib.

Yamal-Avropa kəməri, Ukraynadakı boru kəmərləri və “Şimal axını” boru kəməri ilə yanaşı, Rusiya qazını Avropaya daşıyan mühüm xətlərdən biridir.

Rusiya hissəsi Qazprom-a, Polşa hissəsi isə EuRoPol GAZ-a məxsus və idarə olunan Yamal-Avropa qaz kəmərinin illik ötürmə qabiliyyəti 33 milyard kubmetrdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru