DÜNYA İranda ETİRAZLAR ALOVLANDI: Narazı xalq "Xameneiyə ölüm" şüarıları səsləndirib, küçələri yandırır: - VİDEO

13-05-2022, 17:20           
DÜNYA İranda ETİRAZLAR ALOVLANDI:
İranda son qiymət artımına etiraz əlaməti olaraq ölkənin Çaharmahal və Bəxtiyari əyalətinin Cunəqan şəhər sakinləri hökumətin könüllü Bəsic qüvvələrinin şəhərdə yerləşən bazasına hücum edərək tamamilə dağıdıb, daha sonra isə bazanı yandırıblar.

AZXEBER.COM Azad İran telegram kanalına istinadən xəbər verir ki, hadisə mayın 12-də meydana gəlib və şəhərin bahalığa etiraz edən narazı əhalisi hökumətə etiraz olaraq müxtəlif şüarlar səsləndirib, daha sonra Bəsic qüvvələrinin bazasına hücum ediblər.

Cunəqan gəncləri daha sonra bazanın lövhələrini dağıdaraq küçələrə atıb, qapı və pəncərələri sındırıb.

Hakimiyyətin hadisə yerlərinə əmniyət güclərini cəlb etməsindən sonra polislərin ilk öncə gözyaşardıcı qazdan istifadə etdiyi, daha sonra isə havaya atəş açaraq əhalini qorxutmağa çalışdığı qeyd olunub. Əldə edilən son məlumatlara görə, şəhərdə internet məhdudlaşdırılıb və təhlükəsizlik qüvvələri narazı əhalini həbs etməyə başlayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru