Zelenskidən Makrona şok ittiham – “Mənə təklif edir ki...”

13-05-2022, 17:49           
Zelenskidən Makrona şok ittiham – “Mənə təklif edir ki...”
Ukrayna Prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makronu Rusiya üçün çıxış yolu axtarmaqda ittiham edib.

Teref.az teleqraf.com-a istinadla xəbər verir ki, Ukrayna lideri bu barədə İtaliyanın “Rai 1” kanalının efirində danışıb.

“Rusiya üçün çıxış yolu axtarmamalıyıq, Makron bunu boş yerə edir. Makron vasitəçiliklə müəyyən nəticələr əldə etmək istəyirdi, amma bunu edə bilmədi. Həm Rusiya, həm də Ukrayna tərəfdən. Onlara görə, mən Putinin nüfuzunu xilas etmək üçün suverenliyimizlə bağlı güzəştə getməliyəm, mənə elə gəlir ki, heç bir lider ölkəsinin ərazini itirmək istəməz. Bu ədalətsizlikdir, bu itirilmiş vaxtdır”, - Zelenski bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru