“Rusiyanı Ukraynaya təzminat ödəməyə məcbur etmək lazımdır” - Polşa Prezidenti

14-05-2022, 00:09           
“Rusiyanı Ukraynaya təzminat ödəməyə məcbur etmək lazımdır” - Polşa Prezidenti
“Rusiyanı döyüşlərin yaratdığı dağıntılara, vurduğu ziyana görə Ukraynaya təzminat ödəməyə məcbur etmək lazımdır”.

“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda Estoniyaya işgüzar səfəri zamanı həmkarı Alar Karis ilə görüşü zamanı deyib.

“Biz dərindən inanırıq ki, beynəlxalq ictimaiyyət Rusiyanı Ukraynadakı dağıntıların bərpası üçün təzminat ödəməyə məcbur edəcək”, - A.Duda bildirib.

Qeyd edək ki, genişmiqyaslı müharibə başlayandan Polşa Ukraynanın əsas tərəfdaşlarından biridir. Ölkə qonşusuna maliyyə, humanitar və hərbi yardım göstərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru