İran Ermənistana türkmən qazının “geri qaytarılması”nı təklif edir?

18-05-2022, 19:41           
İran Ermənistana türkmən qazının “geri qaytarılması”nı təklif edir?
İranın neft naziri Cavad Övci bəyan edib ki, Tehran türkmən qazını svop rejimində Ermənistana nəql etməyə hazırdır. “Türkmənistandan Ermənistana qaz nəqli ilə bağlı danışıqlara başlanılıb. Biz bu ölkənin qaz şəbəkəsinin yüksək ötürmə qabiliyyətinə görə yaxın vaxtlarda yaxşı nəticələr əldə edəcəyik”, - deyə o, İranda Ermənistanın ərazi idarəetmə naziri Qnel Sanosyanla görüşdən sonra bildirib.

Məlumdur ki, svop variantı türkmən qazının İrana tədarükünü, o həcm müqabilində isə İran qazının Ermənistana nəqlini nəzərdə tutur, çünki birbaşa tranzit üçün boru xətti yoxdur. Türkmənistan qazının İran vasitəsilə Ermənistana svop çatdırılması məsələsi yeni deyil. Bu məsələ hələ 2017-ci ildə, Ermənistanda Karen Karapetyanın hakimiyyəti dövründə müzakirə olunub.

Həmin müddətdə Karapetyan Türkmənistana, eləcə də Türkmənistan prezidenti Ermənistana səfər edib. Üstəlik, Ermənistanda keçirilən görüşdən sonra Sarkisyan Türkmənistanın o zamankı prezidenti Berdiməhəmmədovun ikitərəfli əməkdaşlıq çərçivəsində çoxmilyardlı proqramların həyata keçirilməsindən danışmasına sevindiyini bildirib. Həmin planların nədən ibarət olduğu bəlli deyil, amma o zaman türkmən qazının mübadiləsindən danışılırdı, lakin Türkmənistan İranla problemlərlə üzləşdi. Hər halda Ermənistanın energetika naziri bəyan edib ki, İran borcunun vəziyyəti svop tranzitini çətinləşdirir və bu və ya digər şəkildə danışıqların nəticəsi olmadı.

Ola bilsin ki, əsl problem İranın Türkmənistana borcu deyil. Ermənistanın 2013-cü ildə “Qazprom”la imzaladığı müqaviləyə əsasən Rusiyanın Ermənistanda az qala monopoliya əldə etməsidir. Ermənistan öz üzərinə bir sıra öhdəliklər götürür. Həm maliyyə, həm iqtisadi, həm də siyasi baxımdan Ermənistan və İran yenidən türkmən qazı məsələsini mübadilə yolu ilə həll edirlər, yoxsa İran Ermənistan-Azərbaycan məsələsi, Qarabağ ətrafında cərəyan edən intensivləşən diplomatik proseslərdə öz rolunu oynamağa çalışır?












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru