Britaniya Putin üzərində beynəlxalq tribunal ideyasını dəstəkləyir
19-05-2022, 08:16

Britaniya Ukraynaya ekspertlər göndərib ki, cinayətlərin sübutu barədə faktların və şahidlərin ifadələrinin toplanmasına kömək etsinlər.
Böyük Britaniyada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və digər rusiyalı hərbi liderlərin Ukraynadakı cinayətlərinə görə real cəzalandırılmasının qaçılmazlığına əmindirlər.
Bu barədə Britaniyanın xarici işlər naziri Liz Trass bəyan edib, “The Guardian” onun Tayms Radiosuna müsahibəsindən sitat gətirir.
«Biz, dəqiq dərk edirik ki, Putin və Ukraynada baş verən dəhşətli cinayətlərin arxasında dayanalar məsuliyyətə cəlb olunmalıdırlar. Hazırda biz, Beynəlalq cinayət məhkəməsi ilə sıx əməkdaşlıq edirik» - Trass deyib.
O, əlavə edib ki, Britaniya Ukraynaya ekspertlər göndərib ki, cinayətlərin sübutlarının və şahidlərin ifadələrinin toplanmasına kömək etsinlər.
«Mən, tribunal ideyası barədə Ukrayna hökuməti ilə danışmışam. Biz, tribunal ideyası üçün açığıq. Biz, hazırda buna baxırıq. Amma biz, bu adamların təqib olunması üçün daha effektli üsul axtarırıq… Əgər tribunal buna kömək edəcəksə, o zaman Britaniya mübahisəsiz, onu dəstəkləməyin mümkünlüyünə baxacaq» - Trass bəyan edib.
AzPolitika.info